...

QAT işğalçı Ermənistanın Avropa Şurasından çıxarılmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2006 14:45 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) hesab edir ki, Avropa Şurası işğalçı Ermənistanı

öz sıralarından çıxarmalıdır. Trend xəbər verir ki, bu barədə QAT tərəfindən sentyabrın 11-də qəbul edilən bəyanatda bildirilib.

QAT məlum bəyanatında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene Van der Lindenin son açıqlamasına da münasibət bildirib. Bəyanatda qeyd olunub ki, AŞPA prezidentinin işğal olunan ölkənin müharibəyə başlamasını pisləməsi və bu dövlətin qurum üzvlüyündən çıxarlıması təhlükəsi ilə üzləşə biləcəyini deməsi rəsmi Bakıya hədədir.

QAT bu cür qeyri-obyektiv və işğalçı Ermənistanın himayə olunmasına yönələn mövqeyi rədd edir. Bu mövqedən çıxış edən beynəlxalq təşkilat Azərbaycanın ərazilərini hərbi müdaxilə yolu ilə zəbt edib hələ də işğal altında saxlayan Ermənistanı öz sıralarından xaric etməli idi. Əgər bu baş verməyibsə, AŞPA prezidentinin bəyanatının heç bir əhəmiyyəti yoxdur. QAT hesab edir ki, Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq zəruri müdafiə hüququndan istifadə edərək işğal altında qalan ərazilərini hərbi yolla azad etməlidir.

Xəbər lenti

Xəbər lenti