Hazırki vəziyyətdə Fransa ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu həmsədrlərinin tərkibində qala bilməz. Trend in xəbər verdiyi kimi, bunu oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun direktoru Rövşən Mustafayev jurnalistlərə bildirib.
Azərbaycanlı politoloq Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılmasının və ya həmsədr ölkələrin tərkibinə Türkiyənin daxil olmasının vacibliyini vurğulayıb. Təklifini politoloq onunla əsaslandırıb ki, Minsk qrupunun Əsasnaməsində həmsədr ölkələrin sayı göstərilməyib, əksinə, qeyd ediblib ki, nizamlama prosesinə nə qədər çox ölkə cəlb olunarsa, bir o qədər onların fəaliyyəti səmərəli olar.