...

Ermənilər 10 gündür ki, Tərtərə gələn su kanalını bağlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2006 12:41 (UTC +04:00)

İşğal altında olan Ağdərə rayonundakı Sərsəng su anbarından Tərtər rayonunun Əskipara və Burunc kəndinə gələn su kanalını erməni tərəfi 10 günə yaxındır ki bağlayıb. Bunu Trend in bölgə müxbiri xəbər verir.

Qeyd edək ki, kənd sakinlərinin əsas qazancı əkin-biçindən olsa da, Əskipara və Burunc kənd sakinlərinin suyu olmadığı üçün əkin-biçinlə məşğul ola bilmirlər. Hətta kənd sakinləri mal-qarasını suvarmaqda da çətinlik çəkir.

Xəbər lenti

Xəbər lenti