...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2006 15:51 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli-Horadiz yolunun yaxınlığında keçirilib.

Monitorinqi təmas xəttinin Azərbaycan tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal və Piter Ki, qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Günter Folk keçiriblər.

Xəbər lenti

Xəbər lenti