Ermənistan Azərbaycanın hərbi xərclərinin artırılmasını həzm edə bilmir və bu səbəbdən də hökumət 2007-ci il üçün öz hərbi büdcəsini artırmaq haqqında qərar qəbul edib. Bu barədə Trend ə hərbi ekspert Üzeyir cəfərov məlumat verib.
"Bu bir həqiqətdir ki, Azərbaycan hökuməti öz hərbi büdcəsini artırmaq haqqında qərar qəbul edən kimi Ermənistan hökuməti də bu istiqamətdə addımlar atmağa başladı. Ermənistanın istər siyasi, istərsə də hərbi rəhbərliyi mütəmadi olaraq Azərbaycanın hərbi büdcəsi, Azərbaycan Ordusundakı vəziyyətlə bağlı rişxəndli şərhlər verir. Bunlara baxmayaraq, Azərbaycan öz silahlı qüvvələrinin modernləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqda davam edir. Bu da Ermənistan hökumətini qıcıqlandırır" - deyə Ü.Cəfərov bildirib.