...

Şahin Sailov: Erməni əsirliyindən qaytarılan vətəndaşlarımızın həbs olunmaları barədə qəsdən yalan məlumatlar yayılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2006 18:20 (UTC +04:00)

Noyabrın 14-də erməni əsirliyində və girovluğunda olan vətəndaşların yaxın qohumları ilə görüşən Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov onlara bildirib ki, erməni əsirliyindən Azərbaycana qaytarılan vətəndaşlarımızın burada həbs olunmaları barədə qəsdən yalan məlumatlar yayılır. Trend in xəbərinə görə, komissiya nümayəndəsi ilə vətəndaşların birgə iştirakı ilə keçirilən dəyirmi masanı "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi təşkil edib.

İşçi Qrupunun üzvü əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşların ailə üzvlərini son vaxtlar onların yaxınlarının axtarışı istiqamətində apardıqları işlərlə tanış edib, sualları cavablandırıb.

"Əsirlik, girovluq problemi Azərbaycanda əvvəldən elə qoyulub ki, bu problemə münasibət həmişə birmənalı olmayıb. Əsirlikdə olanlara həmişə satqın, vətənə xəyanət etmiş şəxs kimi münasibət göstərilib. Əslində isə bu belə deyil. Erməni əsirliyindən qayıtmış 1380-dən artıq vətəndaşımız arasında 15 nəfəri satqınlığa görə həbs edilib. Göründüyu kimi, 1380 nəfərdən 15 nəfərin satqınlığa görə həbsi böyük rəqəm deyil. Lakin nədənsə kütləvi informasiya vasitələrində bu məsələ həmişə şişirdilir. Mətbuatda belə materiallar yer alır ki, guya əsirlikdən qayıdanları Azərbaycanda istintaq orqanı incidir. Bütün bu məlumatlar azərbaycanlı əsirlər barədə mənfi rəy yaratmaq məqsədi daşıyır və ermənilərə xidmət edir" - deyə Ş.Sailov bildirib.

Xəbər lenti

Xəbər lenti