...

Ermənilər Tərtər rayonunun Qapanlı kəndinin əhalisini daimi olaraq atəşə məruz qoyur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2006 13:02 (UTC +04:00)

Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan hərbi qüvvələri 200-250 metrlikdə yerləşən Tərtər rayonunun Qapanlı kəndini tez-tez atəşə tutduğuna görə, kənd sakinlərinə xeyli ziyan dəyib. Trend in bölgə müxbiri xəbər verir ki, kənd sakinlərinin evlərinin dam örtüklərini və həyətyanı qapılarını düşmən müxtəlif silahlardan açdığı atəşlərlə parça-parça edib.

Sakinlər isə bundan çox narahatdır. Kənd sakinlərinin əsas gəlir mənbəyi təsərrüfat işləri və mal-qara olsa da, ermənilər onların əkin sahələrini də atəşə tutur, hayatlarını təhlükə qarşısında qoyurlar. Sakinlər isə düşmən gülləsindən qorunmaq üçün əkin sahələrində axşam saatlarında işləməli olurlar. Hətta düşmən kənd sakinlərinin mal-qarasına da atəş açır. Bir çox sakinlər isə əlacsız qalıb mal-qarasını töylədə saxlamalı olurlar.

Qeyd edək ki, ermənilərin kənd sakinlərinə çoxlu sayda ziyan vurmasının əsas səbəbi keçən il üzbəüz mövqedə yerləşən işğal altındakı Seyidsulan kəndində 3-mərtəbəli müşahidə postu inşa etməsidir. Müşahidə postu hündür olduqundan düşmən kəndin istənilən yerinə atəş açır.

Xəbər lenti

Xəbər lenti