...

Vardan Oskanyan bildirib ki, Ermənistan prezidentinin bəyanatı "danışıqların dayandırılması demək deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2006 14:55 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Yerevanda bildirib ki, Ermənistan prezidentinin Ermənistanda parlament seçkilərinə qədər Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin nisbətən passiv xarakter daşıyacağı barədə bəyanatı "danışıqların dayandırılması demək deyil".

"Mediamaks" agentliyi xəbər verir ki, bu gün "Pyatnitsa" mətbuat-klubunda çıxış edərkən Vardan Oskanyan vurğulayıb ki, "proses Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində davam etdiriləcək".

XİN başçısı istsna etməyib ki, "bu görüşlərin dövrülüyü və kütləviliyi müəyyən ixtisarlar yaşayacaq, lakin məzmunlu danışıqlar davam etdiriləcək".

Xəbər lenti

Xəbər lenti