...

Ermənistan Milli Məclisinin sədri:– Qarabağ münaqişəsinin həlli ölkə daxilindəki seçkiqabağı proseslərdən asılı olmamalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2006 18:39 (UTC +04:00)

Qarabağ münaqişəsinin həlli ölkə daxilindəki seçkiqabağı proseslərdən asılı olmamalıdır. Trend "ARKA"ya istinadən bildirir ki, bu fikri cümə axşamı Ermənistan Milli Məclisinin sədri Tiqran Torosyan ölkə prezidentinin parlament seçkilərinə qədər aktiv danışıqlar olmayacağı barədə bəyanatını şərh edərkən jurnalistlərə bildirib.

O bildirib: "Bu, beynəlxalq təşkilatların ümumi yanaşmasıdır, hətta Minsk qrupu həmsədrləri həmişə deyiblər ki, seçki öncəsi mərhələdə danışıqlar səngiyir və bu məqsədlə də 2006-cı il pəncərə olub". O əlavə edib ki, bu səbəbdən də bu fikri Ermənistan prezidentinə aid edib nəticələr çıxarmaq lazım deyil.

T.Torosyan qeyd edib ki, Minsk qrupu həmsədrləri ilə görüşdə həmişə deyib ki, "onların bu cür yanaşması olmasa, daha yaxşı olardı".

O əlavə edib: "Qarabağ münaqişəsinin xalqlar üçün əlverişli olan müsbət həlli seçki prosesinə heç cür mane ola bilməz, mənfi həll isə əlverişli olmayacaq, istər seçki ili olsun, istər yox".

Xəbər lenti

Xəbər lenti