...

Millət vəkili Aydın Mirzəzadə: "Azərbaycanlı deputatların Dağlıq Qarabağa səfər etməsi mümkündür"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2007 18:31 (UTC +04:00)

"Azərbaycanlı deputatların Dağlıq Qarabağa səfər etməsi mümkündür. Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisidir." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin yanvarın 25-də keçirilən iclasında Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin Avropa Şurası təmsilçiləri ilə birgə Dağlıq Qarabağa səfər etmələri təklifi irəli sürülüb.

"Biz buna etiraz etmədik. Lakin bununla bağlı hər hansı bir qərar qəbul olunmadı. İndi bu məsələ üzərində düşünülür. Hesab edirəm ki, Azərbaycan deputatının öz ölkəsinin ərazisinə səfər etməsi müsbət haldır", - deyə Aydın Mirzəzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti