...

"AŞPA deputatları Dağlıq Qarabağa səfər edərsə, mütləq Azərbaycan ərazisindən getməlidirlər"-N.Bəhmənov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2007 16:06 (UTC +04:00)

"AŞPA deputatları Dağlıq Qarabağa səfər edərlərsə, ora mütləq Azərbaycan ərazisindən getməlidirlər". Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası dövründə alt komitənin iclasında Azərbaycan və Ermənistanın parlament nümayəndələrinin Dağlıq Qarabağa birgə səfər etməsi tövsiyə olunub. N.Bəhmənov deyib ki, Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bu qurumda təmsil olunan hər bir dövlətin nümayəndələri bizim ölkəyə səfər edə bilərlər: Lakin Dağlıq Qarabağa belə bir səfər təşkil olunarsa, azərbaycanlı deputatlar ora Ermənistandan keçib getməyəcəklər. Bunu Azərbaycanın AŞPA-dakı deput atları da çıxışlarına bildiriblər: "Yalnız öz ərazimizdən, Ağdamdan keçib Dağlıq Qarabağa gedilə bilər. Dağlıq Qarabağa hətta bizim - azərbaycanlı icmasının da səfəri təşkil oluna bilər"-deyə N.Bəhmənov qeyd edib.

O, xatırladıb ki, İlham Əliyev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olarkən Dağlıq Qarabağın azərbaycanlı icmasının Avropa Şurasında görüşləri təşkil edilib, nümayəndələrimiz qurumun 7 komissiyasında görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti