...

Müdafiə naziri: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeydiyyatsız hərbi texnika və silah-sursat yerləşdirir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2007 18:13 (UTC +04:00)
Müdafiə naziri: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeydiyyatsız hərbi texnika və silah-sursat yerləşdirir"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Ermənistan dövləti Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda qeydiyyatsız hərbi texnika və silah-sursat yerləşdirir. Bu barədə Azərbaycan müdafiə naziri Səfər Əbiyev NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla görüşündə məlumat verib.

Nazir bildirib ki, Ermənistan regionda işğalçılıq siyasətini davam etdirir: "Ermənistan dövlətinin bu siyasəti bizi rəsmi Yerevanın münaqişənin tənzimlənməsini istəməməsi qənaətinə gətirir. Azərbaycan da bu niyyətdən konkret nəticə çıxararaq istənilən yolla öz torpaqlarını azad etmək üçün tədbirlər görməyə məcburdur. Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazilərini işğalçıdan təmizləməyə hazır olmalıdır".

Xəbər lenti

Xəbər lenti