...

Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT Minsk Qrupunun həmsədri olan ölkələrə müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ABŞ-ın SEMA şirkəti tərəfindən Şuşanın baş planının hazırlanmasına etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Azərbaycandakı səfirləri və ATƏT-in Bakı ofisinin rəhbərinə etiraz məktubu ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət bağı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və ya qarət edilib. Bu vəhşilikləri, qanunsuzluqları regiona dəfələrlə səfərlər etmiş beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Minsk Qrupunun həmsədrlərinin öz gözləri ilə görmələrinə baxmayaraq, bunların qarşısının alınması üçün heç bir tədbir görülməyib, qəti addımlar atmaqdan çəkinilib. "Biz Azərbaycanın strateji partnyoru olan ABŞ-ın özəl şirkətinin erməni təxribatına uyaraq oradan qovulmuş insanların heysiyyəti ilə oynayan belə bir işə qoşulmasını pisləyir və Amerika dövlətindən tələb edirik ki, məsələni araşdırıb həmin şirkətin Azərbaycan Respublikası ərazisində qeyri-qanuni fəaliyyətinə son qoysun", -deyə müraciətdə bildirilir.

Müraciətdə ABŞ-ın Azərbaycandakı səfirindən xahiş olunur ki, qısa müddət ərzində məsələ ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında münasibət bildirsin və erməniləri qanunsuz əməllərdən çəkindirsin.

Xəbər lenti

Xəbər lenti