...

Ermənilər Moskvada Azərbaycan gəncləri ilə süni surətdə dava törədiblər – I variant

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2007 19:45 (UTC +04:00)

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Moskvada Rusiyanın Xalqlar Dostluğu Universitetində (RXDU) bayram tədbirinin sonunda azərbaycanlı və erməni gəncləri arasında böyük dava olub.

Hələ RXDU-də təşkil olunan tədbirin gedişi zamanı ermənilər bir neçə dəfə azərbaycanlı gəncləri süni surətdə gərginliyə təhrik ediblər. Ermənilərin tanınmamış separatçı Dağlıq Qarabağ rejiminin bayrağı ilə rəqs etdiklərini görən azərbaycanlı tələbələr bir neçə dəfə onlara bu cür hərəkətlər etməmək barədə xəbərdarlıq ediblər. Bundan əlavə, azərbaycanlı tələbələr ermənilərin qanunsuz və təhrikedici hərəkətləri barədə hüquq-mühafizə orqanları və RXDU rhbərliyini xəbərdar ediblər. Ermənilər isə azərbaycanlı gənclərin xahişini kobud surətdə rədd edərək açıq şəkildə antiazərbaycan ədəbiyyatı yayarkən azərbaycanlıların ciddi etirazı ilə qarşılaşıblar. Dava zamanı azərbaycanlılardan biri qondarma "DQR" in bayrağını cırıb.

Hətta xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı, XTPD dəstələrinin gəlməsi və havaya atəş açılmasına baxmayaraq azərbaycanlılar və ermənilər arasında dalaşma davam edib.

Ermənilər tərəfindən süni surətdə törədilmiş dava nəticəsində azərbaycanlılardan bir nəfər yaralanıb və 64 saylı Moskva xəstəxanasına çatdırılıb. Hazırda güllə yarasının odlu, yaxud pnevmatik silahdan açılması müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti