...

Ermənilərin Şuşanın işğal gününü "bayram" kimi qeyd etməsinə etiraz olaraq beynəlxalq qurumlara müraciət hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Fransada yaşayan azərbaycanlılar ermənilərin Şuşanın işğalının ildönümünü "bayram günü" kimi qeyd etməsinə etiraz olaraq beynəlxalq təşkilatlara müraciət hazırlayıb. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin humanitar məsələlər üzrə müavini Xzər Emin məlumat verib.

Hazırda Fransada olan Xəzər Emin qeyd edib ki, ermənilər Azərbaycanın Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar mayın 8-də Fransanın paytaxtı Parisdə böyük konsert keçirməyi planlaşdırırlar. Bu məqsədlə Ermənistandan Fransaya 100-dən artıq nümayəndə, musiqiçilər gəlib. Ermənilər Parisin böyük konsert salonlarından birində konsert keçirməyi planlaşdırırlar.

DAK nümayəndəsi bildirib ki, dünya azərbaycanlıları ermənilərin növbəti qanunsuz əməllərindən biri olan bu hərəkətlərinə etiraz edirlər. Fransada yaşayan azərbaycanlılar, Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi", DAK Avropa Şurasına, Haaqada yerləşən Avropa İnsan Haqları Məhkəməsinə, Paris şəhər meriyasına, diplomatik korpusa müraciət ünvanlaycaq, erməni separatçıların bu tədbirinin qarşısının alınması tələb ediləcək. Paris şəhər meriyasına sözügedən konsertin keçirilməsinə şərait yaradılmaması ilə bağlı müraciət olunacaq, həmçinin Fransa hökumətinə etiraz bildiriləcək. Bu müraciətdə Fransanın erməni separatçılarının Qarabağla bağlı tədbirlərinə, yalançı təbliğatlarına şərait yaratması pislənilir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasında vasitəçi olmaq məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunda həmsədr dövlətdir.

Xəbər lenti

Xəbər lenti