...

Amerikalı həmsədr: "Ermənistan və Azərbaycan prezidentləri arasında Sankt-Peterburqda keçiriləcək görüş uğurlu olsa, fikir ayrılıqları sıfra enəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2007 14:19 (UTC +04:00)
Amerikalı həmsədr: "Ermənistan və Azərbaycan prezidentləri arasında Sankt-Peterburqda keçiriləcək görüş uğurlu olsa, fikir ayrılıqları sıfra enəcək"

Azərbaycan, Bakı /müxbir Trend A.Qasımova/Əgər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşü uğurlu olsa, o zaman bu görüş tərəflər arasında olan fikir ayrılığını sıfra endirəcək. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza belə hesab edir. Bu barədə o, iyunun 1-də "Associated Press"ə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Köçəryan iyunun 9-da Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistan-Azərbaycn danışıqlarını izləyən ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) prezidentlər Köçəryan və Əliyev arasında iyunun 9-da Sankt-Peterburqda baş tutacaq danışıqlarla bağlı nikbinliklərini gizlətmirlər. Gözlənildiyi kimi, dövlət başçılarının görüşü MDB dövlətləri prezidentlərinin qeyri-formal sammiti çərçivəsində keçiriləcək.

Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçilərin davamlı səylərindən sonra Azərbaycan və Ermənistan prezidentləri baza prinsipləri haqqında sazişə uyğun olaraq yerdə qalan maneələri həll eməyə artıq yaxındırlar.

Brayza həmçinin Azərbaycan-Ermənistan danışıqlarında əhəmiyyətli irəliləyişin olduğunu qeyd edib. "Azərbaycan və Ermənistan rəhbərliyi xalqlarına sabitlik və çiçəklənmə bəxş etdikləri üçün tərifə layiqdir" - deyə o əlavə edib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona yaxın 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hərbi əməliyyatlar dövründə Ermənistan tərəfindən işğal olunmuş, daha sonra Azərbaycan ordusu tərəfindən azad olunmuş Azərbaycan rayonlarının əraziləri minalanmış olaraq qalır.

Xəbər lenti

Xəbər lenti