...

XİN rəhbəri: "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə irəliləyiş olmayıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2007 11:53 (UTC +04:00)
XİN rəhbəri: "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə irəliləyiş olmayıb"

Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrini şərh edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda bəyan edib ki, danışıqlar zamanı Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri müzakirə olunub. Onun fikrincə, danışıqlarda irəliləyiş olmayıb.

Öz növbəsində iyunun 10-da Sankt-Peterburqda jurnalistlərin suallarını cavablandıran Ermənistan XİN başçısı Vardan Oskanyan qeyd edib ki, prezidentlərə müzakirə üçün elə bir məsələlər təklif olunmuşdu ki, ATƏT-in Minsk qrupu həmsədrləri həmin məsələlərin irəliləyişə səbəb olacağını düşünürdülər.

"Mediamaks" agentliyinin məlumatına görə, Ermənistan XİN rəhbəri bununla yanaşı bildirib ki, görüş zamanı ciddi və dərin müzakirələr olub.

Oskanyan təəssüflə qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşündə tərəqqi müşahidə olunmayıb və mövcud anlaşılmazlıqlar olduğu kimi qalır.

"Əvvəllər prezidentlər vasitəçiləri yalnız söhbətləri haqda məlumatlandırırdılar" - deyə o vurğulayıb.

Oskanyan bəyan edib ki, danışıqlar prosesi Ermənistan və Azərbaycan XİN başçıları səviyyəsində davam etdiriləcək. Bununla belə o, ilin sonuna kimi prezidentlər Robert Köçəryanla İlham Əliyev arasında daha bir görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı konkret fikir yürütməkdə çətinlik çəkib.

Ermənistan və Azərbaycan prezidentlərinin iyunun 9-da Sankt-Peterburqda keçirilən görüşü 3 saat davam edib.

Xəbər lenti

Xəbər lenti