...

Ermənistanla Azərbaycanın elm və mədəniyyət xadimləri iki ölkə prezidentlərinin dəstəyi ilə Xankəndi, Yerevan və Bakıya səfər ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 11:24 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan dünən Ermənistan və Azərbaycandan olan elm və mədəniyyət xadimlərindən ibarət qrupu qəbul edib. Bu ölkələrin Rusiyadakı səfirləri Armen Smbatyan və Polad Bülbüloğlu iki ölkə prezidentlərinin dəstəyini alaraq Xankəndi, Yerevan və Bakıya birgünlük səfər ediblər. Bu barədə İTAR-TASS müxbirinə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bu təşəbbüsü alqışlayan Köçəryan qeyd edib ki, təmasların qurulması və iki ölkə ictimaiyyətləri arasında inam mühitinin yaradılması Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı töhvə olacaq. Prezident bildirib ki, mövcud reallıqlara baxmayaraq, əməkdaşlıq nöqtələri tapmaq lazımdır və Ermənistan bu prosesə hərtərəfli dəstək verməyə hazırdır.

Qonaqlar iki ölkə ictimaiyyəti arasında təmasların qurulmasının və belə ünsiyyət yollarının vacibliyindən danışıblar. Onların fikrincə, Ermənistan və Azərbaycan xalqları arasında dözümlülüyün əldə edilməsi üçün yaşlı nəslin əvvəlki təmaslarını və tərəfdaşlıq münasibətlərini bərpa etmək və bu ünsiyyətə gəncləri cəlb etmək lazımdır.

Ermənistan prezidenti ilə görüşdən sonra ictimaiyyət nümayəndələri Bakıya Azərbaycan prezidenti İlham Əliyevlə görüşə yollanıblar.

Xəbər lenti

Xəbər lenti