...

Azərbaycan Ordusunun daha bir əsgəri vəfat edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva, Ş.Cəliloğlu / Trend in bölgə müxbirinin məlumatına görə, Ağdam rayonu ərazisində qoşunların təmas xəttində yerləşən Silahlı Qüvvələrin N saylı hərbi hissəsinin əsgəri Anar Həsənov vəfat edib. Tər-tər Rayon Hərbi Prokurorluğundan bildirilib ki, 2006-ci ildə Lənkəran Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan 1988-ci il təvəllüdlü Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülüb. Digər bir versiyaya görə, Həsənov öz əsgər yoldaşı tərəfindən öldürülüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bu barədə məlumatsız olduqları bildirilib. Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti