...

Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri bazar günü saat 21.25-dən 21.50-dək Tərtər rayonunun işğal olunmuş Qapanlı kəndinin cənub-şərqində və bazar ertəsinə keçən gecə 04.50-dən 05.20-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomatlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hər iki istiqamətdə atəşkəsin pozulması nəticəsində itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Tərtər paytaxt Bakıdan 350, Ağdam isə 375 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti