...

Tərtərdə partlamamış mərmilər tapılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonun Seyidli kəndinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən cümə axşamı iki ədəd partlamamış Qrad mərmisi tapılıb. Mərminin biri kənd sakini Verdiyeva Minnəvar Zakir qızının fərdi yaşayış evinin qarşısından, digəri isə Şirinov Fərhad Qurban oğlunun həyatyani sahəsindən aşkar edilib. Ev sahiblərinin bildirdiyinə görə, Qrad mərmiləri 1993-cü ildə, müharibə dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən atılıb.

Mərmi çıxarılan zaman 500 m. məsafədə yaşayan sakinlər evakuasiya olunub. Mərmi ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti