...

Azərbaycan XİN-i Dağlıq Qarabağdakı "bələdiyyə seçkiləri"ni pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2007 13:10 (UTC +04:00)
Azərbaycan XİN-i Dağlıq Qarabağdakı "bələdiyyə seçkiləri"ni pisləyir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "bələdiyyə seçkiləri"ni pisləyir.

"Azərbaycanın işğal olunmuş ərazilərindəki bu "seçkilər" beynəlxalq hüquq normaları prinsiplərinə və Azərbaycan Konstitusiyasına ziddir. Onlar nə beynəlxalq birliyin ayrı-ayrı üzvləri, nə də beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanınmayacaq. Bu "seçkilər" Qarabağ probleminin həlli ilə bağlı aparılan nizamlanma prosesinə mənfi təsir göstərir" - deyə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim oktyabrın 14-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan "bələdiyyə seçkiləri"ni şərh edərkən bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Erməni KİV-lərinin məlumatına əsasən, Dağlıq Qarabağın "MSK"-sı artıq 2007-ci ilin oktyabrında planlaşdırılan yerli özünüidarəetmə seçkilərinə hazırlığa başlayıb.

Xəbər lenti

Xəbər lenti