...

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv pozmağa başlayıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2007 12:16 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv pozmağa başlayıb"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Son bir neçə gündə Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv pozmağa başlayıb. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, ermənilər intensiv şəkildə Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutur.

"Təəssüflər olsun ki, Ermənistan heç bir beynəlxalq razılaşmaya əməl etmir. Bununla bağlı beynəlxalq qurumlara müraciət olunub və həmin təşkilatlar Ermənistanın atəşkəsə dair Bişkek protokolunu intensiv pozduğundan xəbərdardır" - deyə Sabiroğlu əlavə edib. Sabiroğlu bildirib ki, ATƏT qoşunların təmas xəttində monitorinq keçirən zaman bütün atəşkəs pozuntuları aradan qaldırılır. Monitorinq başa çatan kimi yenidən atəşkəs pozulur.

Xəbər lenti

Xəbər lenti