Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 20.30-dan saat 02.50-dək Ağdam rayonunun Cəvahirli, Başqərvənd vəTağıbəyli kəndlərinin, həmçinin Tərtər rayonunun bir neçə kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Borsunlu kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.