...

Bakıda növbəti Qarabağ Forumu sentyabrın 25-də keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə Bakıda növbəti Qarabağ Forumu sentyabrın 25-də keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə İttifaqdan məlumat verilib.

Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə üç dəfə Qarabağ Forumu keçirilib. Qarabağ münaqişəsinin həlli yollarına dair təkliflər sənədi hazırlanaraq Prezident Aparatına təqdim olunub.

Növbəti Forumda da Qarabağ probleminin həllinə dair yeni konsepsiyanın təqdim edilməsi nəzərdə tutulub. Toplantıda siyasi partiyaların, QHT-lərin rəhbərləri, politoloqlar, hərbi ekspertlər iştirak edəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

"Demokratiya Uğrunda İttifaq"da üç müxalifətçi partiya - Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti