Azərbaycan, Bakı / Trend . müxbir S.İlhamqızı/ MDB daxili işlər nazirləri Şurasının Bakıda keçirilən toplantısında ermənilərin iştirakına etiraz olaraq aksiya keçirməyə cəhd edən Qarabağ Azadlıq Təşkilatının fəallarını ofislərindən avtobusa mindirərək, polis idarəsinə aparılıblır.
Təxminən 10-a yaxın mülki qeyimli polis əməkdaşı 11:25-radələrində QAT-ın ofisinə daxil olublar. Ofisdə olan təşkilat üzvlərini, həmçinin bir nəfər qadın-QAT fəalı Gültəkin Quliyevanı avtobusa mindiriblər.
Mülki qeyimli polis hətta jurnalistlərin mikrofon və mobil telefonlarını əllərindən alaraq, onları da zorla avtobusa minməyə məcbur ediblər. Bir neçə dəqiqədən sonra jurnalistləri sərbəst buraxıblar, lakin QAT fəallarını polis idarəsinə aparıblar.