...

Iran XİN-i: Mənuçehr Müttəkinin istefası həqiqətə uyğun deyil

Siyasət Materials 12 Sentyabr 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu / İran Xarici İşlər Naziri Mənuçehr Müttəkinin istefası barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə, İran XİN-nin Media İdarəsinin əməkdaşı Mehdi Nurian(Mehdi Nourian) çərşənbə günü Trend ə bildirib.

Sentyabrın 11-də İranın müstəqil xəbər saytı "Fərda", nazir Müttəkinin vəzifəsindən uzaqlaşdırılması barədə məlumat verib. Məlumatda qeyd olunurdu ki, istefa nazir ilə İran prezidenti Mahmud Əhmədinejad arasında fikir ayrılığı səbəbindən olub.

Mehdi Nurianın sözlərinə əsasən, yayılan məlumatın əsası yoxdur

və XİN , "Fərda" xəbər agentliyinin yaydığı bu məlumata görə, tədqiqat aparır.

Xəbər lenti

Xəbər lenti