...

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

Siyasət Materials 12 Sentyabr 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bu gün prezident İlham Əliyev 1989-cu ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1972-1988-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının 2007-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb. Həmçinin, fərmana əsasən, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2007-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına bu fərmanın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti