Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Azərbaycanın sərhədyanı kəndlərinin inkişafı üçün yeni proqram üzərində işlənilir, bazar ertəsi Azərbaycanın qərb bölgəsində səfərdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, proqramda sərhəd kəndlərində yollar, xəstəxanalar, tibb məntəqələri, məktəblər və s. binaların təmir olunması nəzərdə tutulub.
"Proqramın məqsədi sərhədyanı kəndlərdə insanların həyat tərzinin yüksəldilməsidir" - Paşayeva deyib.
Millət vəkilinin sözlərinə görə, sərhədyanı kəndlərdə yüksək peşəkarlıqlı müəllim çatışmazlığının aradan qaldırılması üçün müəyyən güzəştlərin edilməsi də layihədə əksini tapıb.
Paşayev bildirib ki, layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Gürcüstan, İran, Rusiya, Türkiyə və Ermənistanla sərhəd ərazidə yerləşir.