...

Hüseyn Abdullayevin müalicə üçün Almaniyaya getməsinə icazə verilib

Siyasət Materials 17 Sentyabr 2007 17:54 (UTC +04:00)
Hüseyn Abdullayevin müalicə üçün Almaniyaya getməsinə icazə verilib

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakının Səbayel rayon məhkəməsi sabiq millət vəkilinin müalicə üçün Almaniyaya getməsinə icazə verib.

Bu barədə bazar ertəsi Səbayel rayon məhkəməsində hakim Famil Nasibovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov Trend ə bildirib ki, məhkəmə Səbayel rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə qarşı sabiq millət vəkilinin iddiasını təmin edib.

Vəkilin sözlərinə görə, Abdullayevin səhhətində ciddi problem var və o, müalicə olunmaq üçün Almaniyaya getmək istəyir.

Abdullayev barəsində şərti məhkum etmə cəzası olduğundan, Səbayel rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi ona ölkədən çıxmağa icazə vermirdi.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Hüseyn Abdullayev mayın 18-də Bakının Səbayel rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq)maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam veriıb. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insidentin əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti