...

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinin dövlət dili elan olunmasını tələb edir

Siyasət Materials 18 Sentyabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) hesab edir ki, Gürcüstan Parlamenti Konstitusiyaya dəyişiklik edərək, Azərbaycan dilinə , gürcü və abxaz dilləri kimi, dövlət dili statusu verməlidir. Bu barədə çərşənbə günü Trend ə ünvanlanan GAMA-nın bəyanatında məlumat verilir.

Azərbaycan dilinin Gürcüstanda dövlət dili elan olunması tələbi ilə GAMA-nın Ali Məclisi qətnamə qəbul edib. Ali Məclisin iclası çərşənbə günü Azərbaycanın Gəncə şəhərində keçirilib.

Gürcüstan höküməti tərəfindən təqib olunduğunu iddia edən GAMA rəhbərliyi Assambleyanın tədbirlərini Gürcüstandan kənarda - Azərbaycan, Türkiyə və ya Ukrayna ərazisində keçirir.

Ali Məclisin qətnaməsində deyilir ki, Gürcüstsanda fəaliyyət göstərən azərbaycandilli orta məktəblərin mərhələli ləğvi proqramının həyata keçirilməsi, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki ağır sosial-iqtisadi vəziyyət, azərbaycanlıların ölkəni tərk etməsinə səbəb olur.

Problemlərdən çıxış yolu kimi , GAMA Gürcüstanın, gürcülərdən sonra, sayına görə ikinci milləti olan azərbaycanlılara eyni hüquqi status verilməsini, Azərbaycan dilinin dövlət dili elan olunmasını zəruri sayr. Assambleya , həmçinin , azərbaycanlıları,Gürcüstandan köçmək əvəzinə, hökümətə qarşı demokratik, sivil müqavimətə başlamağa çağırır.

Gürcüstanın rəsmi məlumatlarına görə, bu ölkədə yaşayan azərbaycanlıların sayı 284 min, lakin qeyri-rəsmi məlumatlara əsasən , 500 mindir. Ümumilikdə Gürcüstanın 13 inzibati bölgəsində yerli azərbaycanlılar yaşayır.

Xəbər lenti

Xəbər lenti