...

AMİP prezident seçkilərində Etibar Məmmədovun namizədliyini irəli sürəcək

Siyasət Materials 20 Sentyabr 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində liderləri Etibar Məmmədovu daha şanslı görürlər, cümə axşamı Trend ə açıqlamasında partiyanın təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

"AMİP seçkiləri demokratiyanın təməl prinsipi olaraq qəbul edir. Partiyanın bütün üzvləri prezident seçkilərində Etibar Məmmədovun namizədliyini irəli sürəcək"- Orucov deyib.

Azərbaycanda prezident seçkiləri gələn ilin oktyabrın 15-də keçiriləcək. Seçkilərə rəsmi start verilməsə də, bəzi partiyalar mövqelərini açıqlayıb. Azərbaycanın üç müxalifət -Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" bloku, ölkədə seçki mühiti dəyişmədiyi halda, prezident seçkilərini boykot edəcəklərini bəyan edib. Müxalifətin digər güc mərkəzi sayılan Müsavat Partiyası və onun ətrafında cəmləşən siyasi qüvvələr seçkilərə qatılacaqlarını bəyan edib. AMİP-də seçkilərə qatılmaq qərarını verib.

AMİP sözçüsünün bildirdiyinə görə, Məmmədovun seçkilərə qatılacağı onun öz qərarından asılı olacaq.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti