...

Kiyev siyasi qüvvələri Meydandan istifadə etməkdə razılığa gələ bilmirlər

Siyasət Materials 21 Sentyabr 2007 18:43 (UTC +04:00)
Kiyev siyasi qüvvələri Meydandan istifadə etməkdə  razılığa gələ bilmirlər

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Kiyevdə seçki öncəsi kampaniyalarda əsas rəqiblər (Regionlar Partiyası və Bizim Ukrayna) mitinqlərin keçirilməsi üçün kimin və nə zaman Meydandan istifadə edəcəyi barədə hələ razılığa gəlməyiblər.

Kiyevin Müstəqillik meydanında sentyabrın 19-da gecə "Bizim Ukrayna- Xalq özünü müdafiə"nin "Narıncı" qüvvələri və Regionlar Partiyasının "Ağ-mavi" tərəfdarları arasında insident baş verib.

İnsidentin səbəbi "Narıncılar"ın Meydanda mitinqin keçirilməsi üçün səhnə qurmağa cəhd göstərmələri olub. Lakin birinci konstruksiyalar qoyulan zaman meydana Regionlar Partiyasının tərəfdarları daxil olub, səhnə və çadırları dağıtmağa başlayıblar.

Mümkün qarşıdurmaya yol verməmək üçün, tərəflər "Sıfır" variantı ilə - səhnə və çadırlar üçün gətirdikləri avadanlığı yığışdırmağa razılaşıblar.

Regionlar Partiyasının Kiyev şəhər partiya təşkilatının sədri Vasili Qorbal bildirib ki, yaranan vəziyyətə hələ aydınlıq gətirilməyib, bunula belə o, "Bizim Ukrayna"nın qeyri-konstruktiv mövqeyini qeyd edib.

"Xüsusi kompromisə (Danışıqlar üçün - Trend ) getməyən insanlar göndərilir. Əgər onlar müəyyən razılığa gəlmək istəsəydilər, kompromisə gedən insanlar göndərədilər" - deyə Qorbal vurğulayıb.

Regionlar Partiyasının nümayəndəsi bildirib ki, "Narıncılar" Meydanın hər iki tərəfində səhnə quraşdırmağa cəhd göstəriblər, bununla belə, əllərində yalnız öz aksiyalarının keçirilməsinə dair ərizə ilə gəliblər. Səhnənin quraşdırılması üçün xüsusi order lazımdır ki, o da BU - XM-də yox idi.

"Bizim Ukrayna - Xalq Özünümüdafiə" blokunun təmsilçisi Nikolay Onişuk vurğulayıb ki, hazırda danışıqlar aparılır, lakin detalları ona məlum deyil. "Bizim Ukrayna"nın Kiyev şəhər partiya təşkilatı danışıqları şəhr etməkdən imtina edib.

Kiyev şəhər dövlət adminstrasiyasının daxili siyasət məsələləri uzrə Baş İdarəsi seçkilər prosesinin iştirakçılarına seçki qabağı son həftələr ərzində Meydanda kimin və nə zaman tədbir keçirəcəyini, buna məhkəmə orqanlarını cəlb etmədən, öz aralarında aydınlaşdırmaq barədə müraciət edib.

Bu gün Meydanda hansısa konstruksiya quraşdırılmır. Lakin Regionlar Partiyası yüksək fəallıqla burada çadırlar quraşdırır.

Xəbər lenti

Xəbər lenti