...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub"

Siyasət Materials 28 Sentyabr 2007 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 27-də saat 17.45-dən 19.40-dək Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 28-də saat 01.00-dən 01.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 06.00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 04.50-dən 05.10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti