...

ABŞ səfiri: "Azərbaycan hökumətinin prezident seçkiləri ilə bağlı ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində addımlar atması vacibdir"

Siyasət Materials 1 Oktyabr 2007 13:56 (UTC +04:00)
ABŞ səfiri: "Azərbaycan hökumətinin prezident seçkiləri ilə bağlı ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində addımlar atması vacibdir"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tövsiyələr və məsləhətlər verib. Azərbaycan hökumətinin həmin tövsiyə və məsləhətlərin yerinə yetirilməsi istiqamətində addımlar atması çox vacibdir. "ABŞ belə bir məsələyə dəstək verərdi ki, Azərbaycan parlamenti hökumətlə birgə işləyərək 2008-ci ildə azad və ədalətli seçkilərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması və təmin olunması istiqamətində addımlar atsın" - deyə bazar ertəsi Azərbaycan parlamentinin payız sessiyasının açılışında iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında ABŞ-ın Bakıdakı səfiri Enn Dersi bildirib.

Diplomat vurğulayıb ki, ABŞ hökuməti inanır ki, 2008-ci ildə keçiriləcək prezident seçkiləri Azərbaycana yeni və çox böyük imkanlar yaradır ki, azad və ədalətli seçkilər keçirməklə demokratiyanın yeni mərhələsini keçsin: "Yalnız Azərbaycanın tərəfdaşı olan ölkə, yəni ABŞ üçün deyil, Azərbaycanın özünə ölkənin demokratik, müstəqil və inkişaf edən ölkəyə çevrilməsi vacibdir".

2008-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki qanunveriçiliyinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar davam edir.

Xəbər lenti

Xəbər lenti