...

Dairə seçki komissiyalarında katibliklər fəaliyyətə başlayacaq

Siyasət Materials 10 Oktyabr 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda 125 dairə seçki komissiyasının (DSK) hər birində 6 nəfər əməkdaşdan ibarət katiblik yaradılıb. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 125 dairədə katiblik yanvarın 1-dən fəaliyyətə başlayacaq. Katibliklərdə 1 baş məsləhətçi, 1 böyük məsləhətçi, 1 aparıcı məsləhətçi, 2 gözətçi və 1 xadimə çalışacaq.

MSK sədri bildirib ki, 98 DSK özünün ayrıca binasında fəaliyyət göstərəcək. Onlardan 73-ü yeni tikilmiş binalardadır. Qalan 25 DSK-nın binası isə əlverişli şəraitə malikdir və otaqların sayı artırılıb.

MSK katibi onu da bildirib ki, aşağı seçki komissiyaları (dairə və məntəqə) rəsmiləri üçün oktyabrın 16-dan başlayaraq kurslar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti