...

Türkiyənin baş naziri : İndiki mərhələdə Türkiyə ilə Ermənsitan arasında sərhələrin açılması barədə söhbət belə gedə bilməz

Siyasət Materials 11 Oktyabr 2007 02:07 (UTC +04:00)
Türkiyənin   baş   naziri : İndiki mərhələdə Türkiyə ilə Ermənsitan arasında sərhələrin açılması barədə söhbət belə gedə bilməz

Azərbaycan, Bakı / Trend / Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan CNN Türk kanalına çərşənbə günü axşam verdiyi müsahibədə bildirib ki, indiki mərhələdə Türkiyə ilə Ermənsitan arasında sərhələrin açılması barədə söhbət belə gedə bilməz.

" Hələ ki , Azərbaycan torpaqlarının işğalı davam edir , bizim Ermənistanla iqtisadi əlaqələr qurmaq niyyətimiz yoxdur " - deyə Ərdoğan bildirib . Bununla yanaşı Türkiyə hökümətinin başçısı Ermənistana qarşı hansısa bir düşmənçilik yanaşmanın olmamasını qeyd etdi . " Məsələn , bu yaxınlarda biz Türkiyədə tarixi məsəd olan erməni kilsəsini bərba etdik " - deyə Ərdoğan bildirdi . " Bu bizim bu ölkəyə olan münasibətimizdən xəbər verir . Lakin , Dağlıq Qarabağ Azərbaycan-Ermənistan münaqişəsi həll olunmayana qədər Ermənistanla heç bir iqtisadi əlaqələr barədə söhbət belə gedə bilməz " - Türkiyə Baş naziri yekunlaşdırdı .

Xəbər lenti

Xəbər lenti