...

Azərbaycan XİN-i ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" barədə qətnaməsini pisləyir

Siyasət Materials 12 Oktyabr 2007 17:35 (UTC +04:00)
Azərbaycan XİN-i ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" barədə qətnaməsini pisləyir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin 1915-ci ildə Osmanlı İmperiyasında işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi hadisələrinin "soyqırım" kimi adlandırılması haqqında 106 saylı qətnaməsini pisləyir. Bu barədə Axərbaycan XİN-in cümə günü yaydığı bəyanatda bildirilir.

XİN bu qətnaməni regional və qlobal proseslər üçün mənfi hal hesab edir.

"Azərbaycan Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında baş vermiş faciələrə dair arxiv sənədlərinin öyrənilməsi haqqında Türkiyənin çağırışını dəstəkləyir" -deyə bəyanatda deyilir.

Əlavə olunur ki, Azərbaycan özü Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və buna bariz nümunə yüzlərlə qadın, uşaq və qocanın qətli ilə nəticələnən Xocalı soyqırımıdır. Həmçinin, Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı terror aktlarının və ərazilərinin işğalının qurbanı olan bir ölkə kimi Azərbaycan erməni diasporu və hökumətinin öz cinayətlərini aqressiv təbliğatla necə gizlətdiyinə yaxşı bələddir.

Azərbaycan XİN-i ABŞ Konqresinin qərəzsizliyini və etnik lobbilərin təzyiqi altında olmadığını nümayiş etdirməsi üçün Nümayəndələr Palatasını 106 nömrəli qətnaməni qəbul etməkdən çəkinməyə çağırır.

Xəbər lenti

Xəbər lenti