...

Azərbaycanda neft emalının həcmi azalıb

Siyasət Materials 16 Oktyabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin yanvar-sentyabr aylarınada Azərbaycanın neftayırma zavodlarında emal olunmuş neftin ümumi həcmi 5624,73 min ton təşkil edib. Bu göstərici ötən ilin müavafiq dövrü ilə müqayisədə 23,42 min ton azalıb. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Emal olunmuş neftin 3569,82 min tonu "Heydər Əliyev" adına Bakı NEZ-in və 2054,91 min tonu isə "Azneftyağ" NEZ-in payına düşüb. Ötən illə müqayisədə "Heydər Əliyev" adına Bakı NEZ-də neft emalının həcmi 473,87 min ton artıb, "Azneftyağ" NEZ-də isə, 497,29 min ton azalıb.

2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft və neft məhsulları emalı:

  Sentyabr 2007-ci il Yanvar-sentyabr 2007 - ci il Yanvar- sentyabr 2006-cı il Dəyişiklik tempi
  Fakt Fakt   % "+,-"
Neft emalı - cəmisi 571,49 5624,73 5648,15 99,6 -23,42
"Heydər Əliyev adına" Bakı NEZ 396,74 3569,82 3095,95 115,3 473,87
"Azneftyağ" NEZ 174,75 2054,91 2552,20 80,5 -497,29
Benzin - cəmi 124,95 1006,35 968,79 103,9 37,56
- avtomobil benzini 106,80 851,75 733,32 116,1 118,43
- nafta 18,15 154,60 235,47 65,7 -80,87
Həmçinin kimya üçün 18,15 154,59 205,51 75,2 -50,92
Ağ neft KO-20 - cəmi 2,75 18,60 23,89 77,9 -5,29
"Heydər Əliyev adına" Bakı NEZ 2,79 15,64 0,00 0,0 15,64
"Azneftyağ" NEZ -0,04 2,96 23,89 12,4 -20,93
Dizel yanacağı-cəmi 155,16 1562,82 1623,57 96,3 -60,75
"Heydər Əliyev adına" Bakı NEZ 155,16 1119,62 854,70 131,0 264,92
"Azneftyağ" NEZ 0,00 443,20 768,87 57,6 -325,67
Soba mazutu-cəmi 130,55 1706,08 1785,99 95,5 -79,91
"Heydər Əliyev adına" Bakı NEZ 113,06 1159,09 1208,30 95,9 -49,21
"Azneftyağ" NEZ 17,49 546,99 577,69 94,7 -30,70
Sürtgü yağı 6,33 40,75 54,87 74,3 -14,12
Motor yanacağı DT- cəmi 8,44 41,77 54,56 76,6 -12,79
Xəbər lenti

Xəbər lenti