...

Azərbaycanın cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 52 cinayət faktı aşkarlanıb

Siyasət Materials 17 Oktyabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində bu ilin 9 ayı ərzində 52 cinayət faktı üzrə 55 kq tiryək, 937 qr marixuana, 2 kq 310 həşiş, 6 kq 825 qr heroin tutulub. Bu barədə Trend in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsindən bildirilib. Məlumata görə, hesabat dövründə aşkarlanan 52 cinayət faktının 12-si İran İslam Respublikasının vətandaşları tərəfindən törədilib. Nəticədə 7 İran vətandaşı həbs olunub. Narkotik maddələrin qanunsuz dövriyyəsinə dair faktların 13-ü qaçaqmalçılıqla bağlıdır.

Ötən ilin 9 ayında isə 48 cinayət faktı aşkarlanıb. Nəticədə 4 İran vətandaşı həbs olunub, 42 kq müxtəlif növ narkotik vasitələr tutulub.

Xəbər lenti

Xəbər lenti