...

Iranlı politoloq: "Iran Xəzəryanı ölkələrin sammitini keçirməklə Qərbə qarşı müttəfiqlərini nümayiş etmək istəyib"

Siyasət Materials 17 Oktyabr 2007 17:21 (UTC +04:00)
Iranlı politoloq: "Iran Xəzəryanı ölkələrin sammitini keçirməklə Qərbə qarşı müttəfiqlərini nümayiş etmək istəyib"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran hakimiyyətyi Tehranda keçirilən Xəzəryanı ölkələrin sammitində dənizin iqtisadi hüququnun müəyyən olunmasından artıq, Qərbə qarşı müttəfiqlərini nümayiş etdirmək niyyətindəimiş. :"Iran Xəzəryanı ölkələrin sammitini keçirməklə, Qərbə qarşı müttəfiqlərinin olduğunu göstərmək istəyib" "-deyə, Kanadada fəaliyyət göstərən iranlı şərqşünas və politoloq Pr.Əlirza Əsgərzadə (Əlireza Asgharzadeh) bildirib.

İran hakimiyyətinin həm daxildə, həm də beynəlxalq səviyyədə təcrid olunduğu və Qərb ölkələrinə qarşı müttəfiq axtardığı bir dövrdə, Xəzərin hüquqi statusu idə bağlı keçirilən sammit rəsmi Tehranın hələ də güclü müttəfiqlərə malik olduğunu göstərmək cəhdidir. Xərəryanı ölkələrin oktyabrın 16-da Tehranda keçirilən sammiti, iştirakçı ölkələrin prezidentləri tərəfindən diqqətəlayiq və uğurlu qiymətləndirilib. Buna baxmayaraq, bəzi politoloqlarİranın böhranlı şəraitdə Xəzər dənizi üzrə müzakirələrini həm İranın dənizlə bağlı mənafeyinə zidd hesab edir, həm də sammitin keçirilməsini dənizin hüquqi statusu yox, İranın müttəfiqlərini nümayiş etdtrmək cəhdi kimi qiymətləndirirlər.

Əsgərzadə çərşənbə günü Torontodan telefonla Trend ə bildirib ki, İran Qərb ölkələri qarşısında Xəzəryanı ölkələri özünə müttəfiq etmək niyyətindədir və bu istiqamətdə hətta, Xəzər dənizi ilə bağlı olan mənafeyinə göz yummağa hazırdır. "Keçirilən sammitdə dənizin neft və qaz ehtiyatlarının hüquqi statusu barədə ümumi qərar çıxarılmadı və məncə, uzun müddət bu müzakirələr nəticə verməyəcək. Çünki, İranın problemi dənizin hüquqi statusunun müəyyən olunması deyil. İran, imtiyaz verməklə, müttəfiqlərini artırmaq niyyətindədir. Buna baxmayaraq ,Xəzərin mövcıd hüquqi statusu İrandan başqa,qalan dörd ölkənin xeyrinədir" -deyə, Əsgərzadə bildirib. İranlı politoloqun fikrincə, Rusiya prezidenti Putinin bu sammitdə iştirakı və İranın nüvə fəaliyyətlərini dəstəkləməsi və bu barədə İrana yardım göstərəcəyini bildirməsi İranın sammitdən gözlədiyi yeganə nəticədir."Əlbəttə, Putin , bu vədin qarşılığında İrandan kifayət qədər imtiyaz alacaq. Bu sözlərə İran bel bağlamamalıdır, çünki, Rusiya İranı dəfələrlə, Qərbin təzyiqləri ucbatından, satıb və geri çəkilib"- deyə, Əsgərzadə bildirib.

İranın böhranlı bir durumda olduğu zaman Xəzər məsələsi üzrə müzakirəsi, hətta bəzilərinin fikrincə, ölkədə nüvə fəaliyyətlərinin dəstəklənməsi qabağında rəsmi Tehranın dənizdə olan mənafeyindən göz yumması kimi də hesab edirlər.

İran politoloqu Kuruş Zəimin(Kouroosh Zaimi) fikrincə isə, İranın hazırda dünyanın 2% yanacaq ehtiyatlarını təşkil edən xəzərdən reallıqda payı yoxdur. İrana 13% dənizin ən təbii yanacaq ehtiyatları az olan bölgəsi çatıb. İran hakimiyyəti isə Rusiyanın nüvə texnikası ilə Xəzər dənizini qumar etmək istəyir. Rusiya bu qumarda həm dənizi udacaq, həm də İranın nüvə fəaliyyətlərini təkmilləşdirməyəcək.

Londonda fəaliyyət göstərən İranlı politoloq Əlirza Nurizadə (Alireza Nourizadeh) Trend ə bildirib ki, İranın böhranlı şəraitdə olduğu zaman Xəzər dənizi üzrə qumar etməsi İran millətinə aşkarcasına bir xəyanətdir. İran sabiq SSRİ zamanı, 1921 və 1940-ci ildə bağlanan müqavilədə Dənizin 50%-ini yiyələnib, 1991-ci ilin sentyabrında isə sabiq SSRİ-nin xəzəryanı ölkələri bu dənizin hüquqi statusunu sabiq olduğu kimi qəbul edib. Bunlara baxmayaraq, İranın xarici siyasətlərindən süi-istifadə olunaraq, hazırda İran bu dənizdən bəhrələndiyi gözə gəlməz səviyyədədir.

Xəbər lenti

Xəbər lenti