...

Xüsusi təmsilçi: Avropa İttifaqı Azərbaycanın öhdəlikləri yerinə yetirməsinə dair birinci məruzəsini açıqlayacaq (video)

Siyasət Materials 18 Oktyabr 2007 13:19 (UTC +04:00)
Xüsusi təmsilçi: Avropa İttifaqı Azərbaycanın öhdəlikləri yerinə yetirməsinə dair birinci məruzəsini açıqlayacaq (video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova / Gələn ilin birinci yarısında Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə dair birinci məruzə açıqlanacaq.

Bu barədə cümə axşamı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Piter Semnebi məlumat verib.

Azərbaycana növbəti müntəzəm səfəri zamanı Semnebi Parlament, güc strukturları, siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. O, həmçinin ATƏT-in regional konfransında iştirak edəcək və hazırda Azərbaycanda olan ATƏT-in baş katibi Marko Penero Brişanbo ilə görüş keçirəcək.

Ötən il Avropa İttifaqı Azərbaycan, Ermənistan və Gürcüstanla qonşuluq siyasəti Proqramı çərçivəsində fəaliyytət Planı imzalayıb. Aİ və Azərbaycan, həmçinin iki tərəf arasında enenrji tərəfdaşlığının yaradılmasına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə istiqamətlənəcək qarşılıqlı anlaşmaya dair Memorandum imzalayıb.

Xəbər lenti

Xəbər lenti