...

Putin: " Rusiya ABŞ-ın Avropada RƏMS yerləşdirməsi addımını cavabsız qoymayacaq"

Siyasət Materials 18 Oktyabr 2007 17:46 (UTC +04:00)

"Rusiya ABŞ-ın Avropada RƏMS yerləşdirilməsi addımını cavabsız qoymayacaq, ABŞ-ın bu addımının müqabilində, hansı tədbirin görüləcəyini isə, mütəxəssislər müəyyənləşdirəcəklər" - deyə Vladimir Putin bəyan edib. "RƏMS-ə dair qərarın Rusiyanın rəyi nəzərə almadan qəbul olunduğu təqdirdə, biz cavab tədbirləri görəcək və Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin edəcəyik" - deyə Putin bildirib.

"Sizi əmin edirəm ki, bu kimi addımlar artıq planlaşdırılır və biz bu planları həyata keçirəcəyik, nəyin harada yerləşdirilməsi isə, mütəxəssislərin, ilk növbədə, Baş Qərargahın səlahiyyətindədir" - deyə prezident bildirib.

Putin qeyd edib ki, Rusiya RƏMS probleminin həlli yollarını axtarır.

"Biz problemləri həll etmək və narahatçılığımıza son qoymaq üçün yollar axtarırıq" - deyə prezident bəyan edib.

ABŞ Polşa və Çexiyada RƏMS elementləri yerləşdirmək niyyətindədir. Rusiya qəti şəkildə bunun əleyhinədir və amerikalılara Qəbələ RLS-dən və Armavirdə tikilməkdə olan stansiyadan RƏMS məqsədilə istifadə etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti