...

Azərbaycan prezidenti Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar nazirini qəbul edib

Siyasət Materials 19 Oktyabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Almaniya Federativ Respublikasının iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev qonaqlara müraciətində bildirib ki, Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr bu səfərdən sonra daha da sürətlənəcək. Dövlət başçısı əlavə edib ki, Almaniya şirkətləri tərəfindən Azərbaycana iqtisadi maraq artır və rəsmi Bakı bunu alqışlayır. Prezident Əliyev bildirib ki, Azərbaycan hökuməti ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün də əlindən gələni etməyə hazırdır. Nazir Qlos isə bildirib ki, Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müsbət qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan prezidentinin bu ilin əvvəlində Almaniyaya səfəri bu münasibətlərə böyük təkan verib. Nazir əlavə edib ki, bu əməkdaşlıq nəinki iqtisadiyyat səviyyəsində davam etdiriləcək, eyni zamanda, Azərbaycan və alman xalqlarını da bir-birinə yaxınlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti