...

Bakı yol polisi avtomobillərdən pərdə, plyonkaların çıxarılması üçün reydlər keçirir

Siyasət Materials 23 Oktyabr 2007 13:20 (UTC +04:00)
Bakı yol polisi avtomobillərdən pərdə, plyonkaların çıxarılması üçün reydlər keçirir

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı yol polisinin son 3 gündə həyata keçirdiyi reydlər nəticəsində 350-dən artıq xarici istehsal olunan avtomobil cərimələnib, çərşənbə axşamı Trend ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisinin şöbə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, reydlər zamanı pərdə və plyonkalardan istifadə edilən avtomobillərin istismarı qadağan edilir.

Azərbaycanın "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə əsasən "Sürücülərin görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarının zədələnməsi təhlükəsini yaradan əlavə əşya və ya şüşələrə hər hansı formada örtüklərin (pərdə, plyonka)" çəkilməsi qadağan edilir. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də 9 aylıq yekunlara dair keçirilən müşavirədə daxili işlər nazirinə avtomobillərdə plyonka və pərdələrin yığışdırılması tapşırığını verib.

Əsədov bildirib ki, ölkənin bəzi vəzifəli şəxsləri qanunun aliliyini rəhbər tutaraq icrasını təmin etmək əvəzinə "Yol hərəkəti haqqında" qanunun müddəalarını pozur. Bu qanunun prinsiplərini pozan sürücülərə himayə edərək, yol polisinə hədə-qorxu gələrək onların işinə müdaxilə edirlər. Reydlərin oktyabrın 25-dək davam edəcəyini deyən Əsədov vurğulayıb ki, reydlər zamanı yol polislərinə hədə-qorxu fakktları aşkarlanarsa, həmin şəxslər və vəzifəli şəxlər barəsində ciddi tədbirlər görüləcək, onlar barəsində aidiyyatı qurumlara məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti