...

AMİP lideri: "Partiyada baş verənlər daxili müzakirələrin nəticəsidir"

Siyasət Materials 24 Oktyabr 2007 12:01 (UTC +04:00)
AMİP lideri: "Partiyada baş verənlər daxili müzakirələrin nəticəsidir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) daxilində hər hansı narazılıqlar mövcud deyil, çərşənbə günü Trend ə AMİP lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, partiyada baş verənlər daxili müzakirələrin nəticəsidir və bu cür müzakirələrin aparılması normal prosesdir.

AMİP-in bəzi üzvləri partiya sədri Ayaz Rüstəmovun fəaliyyətindən narazıdırlar. Partiya fəalları sədrlərini fəaliyyətsizlikdə ittiham edirlər. Rüstəmov isə Trend ə açıqlamasında partiyanın ayrı-ayrı üzvlərinin onun fəaliyyətinə qiymət vermək səlahiyyətində olmadıqlarını bildirib və hesab edib ki, sədrin məsələsi partiyanın aidiyyatı qurumlarında müzakirə edilə bilər.

Məmmədov bildirib ki, lider kimi AMİP-in gündəlik fəaliyyətinə qarışmır və hər hansı tövsiyələrini vermir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir və partiyanın lideridir.

Xəbər lenti

Xəbər lenti