...

Səfir: ABŞ Cənubi Qafqazı sabitlik və sülhün hökm sürdüyü region kimi görmək istəyir (video)

Siyasət Materials 24 Oktyabr 2007 13:55 (UTC +04:00)
Səfir: ABŞ Cənubi Qafqazı sabitlik və sülhün hökm sürdüyü region kimi görmək istəyir (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin jurnalistlərə verdiyi məlumata görə, ABŞ Cənubi Qafqazı sabitlik və sülhün hökm sürdüyü region kimi görmək istəyir. "ABŞ Dağlıq Qarabağ münaqişəsinin danşıqlar yolu və ədalətli şəkildə həll olunmasını, Cənubi Qafqazın sülh regionu olmasını istəyir" - deyə səfir bildirib.

Dersinin sözlərinə görə, ABŞ Minsk qrupuna qoşulub, bu formatda danışıqların keçirilməsində köməklik göstərib və regionda sulhün əldə olunması istiqamətində səylərini davam etdirəcək.

"Biz səylərimizi davam etdirəcəyik, çünki biz bu səylərin həm Azərbaycan, həm də bütün region üçün mühüm rol oynadığını görürük" - deyə səfir əlavə edib.

Dersi həmçinin qeyd edib ki, ABŞ qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır və bu "respublika"ya köməklik göstərmir.

Xəbər lenti

Xəbər lenti