...

Azərbaycan səfiri öz etimadnaməsini Estoniya prezidentinə təqdim edib

Siyasət Materials 26 Oktyabr 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov, S.Ağayeva/ Tofiq Zülfüqarov Azərbaycanın səfiri qismində öz etimadnaməsini Estoniya prezidenti Tomas Hendrik İlvesə təqdim edib. Bundan sonra Zülfüqarov Azərbaycanın həm Latviya, həm də Estoniyadakı səfiri vəzifəsini daşıyacaq. Bu barədə cümə günü Trend ə Azərbaycanın Riqadakı səfirliyindən telefonla məlumat verilib.

Səfirlikdən bildiriblər ki, hazırda səfir Estoniyadadır və bu ölkənin rəhbərliyi ilə görüşlər keçirir.

"BNS" Agentliyinin verdyi məlumata görə, bir gün öncə Zülfüqarovun etimadnaməsini qəbul edən Estoniya prezidenti bildirib ki, ölkəsi Azərbaycan səfirinin təyin olunmasını alqışlayır.

"Estoniya sizin dövlətlə əməkdaşlıqda maraqlıdır. Bu vaxta qədər bizim münasibətlərimiz bu dərəcədə səmərəli olmamışdı. Hər iki ölkə siyasi və iqtisadi əlaqələrin gələcək inkişafının tərəfdarıdır. Bunu üzümüzə gələn həftə iş adamlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə Estoniyanın xarici işlər naziri Urmas Paetin Bakıya səfəri də təsdiq edir " - deyə İlves söyləyib.

Estoniyanın XİN başçısı oktyabrın 29-30-da Azərbaycana rəsmi səfərə gələcək və siyasət, iqtisadiyyat və digər sahələrdə münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti