...

Azərbaycan və Fransanın spikerləri əməkdaşlıq məsələlərini müzakirə edirlər

Siyasət Materials 30 Oktyabr 2007 18:53 (UTC +04:00)
Azərbaycan və Fransanın spikerləri əməkdaşlıq məsələlərini müzakirə edirlər

Fransa, Paris / Trend , müxbir A.Məhərrəmov/ Çərşənbə günü Parisdə Fransa Senatının spikeri Kristian Ponsele (Christian Poncelet) və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında keçirilən görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçirilib.

Senatın katibliyindən Trend ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Fransa əməkdaşlığının inkişafı məsələləri, Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrində vəziyyət müzakirə olunub.

Azərbaycanlı spiker Kristian Ponselenin dəvəti ilə oktyabrın 29-dan Parisdədir.

Əsədov çərşənbə günü "Lassay" otelində Milli Assambleyanın (MA)sədri Bernar Akuaye (Bernard Accoyer) ilə danışıqlar aparacaq.

Katibliyin məlumatına görə, MA-da deputat fraksiyasının rəhbəri, hakim partiyadan olan Jan-Fransua Kope (Jean-François Cope), parlamentlərarası dostluq qruplarının nümayəndələri ilə görüşlər keçiriləcək.

Katiblikdən bildiriblər ki, iki ölkə arasında güclü, sistemli münasibətlər mövcuddur.

"Azərbaycan prezidenti İlham Əliyev Fransaya dövlət səfəri edib və səfər çərçivəsində, Senatda görüşlər keçirib. Fransa Senatı həmişə Azərbaycana qarşı xüsusi münasibətdə olub. 2004-cü ildə burada Azərbaycan rəssamlarının "Bakı-Paris" sərgisi keçirilib. Senatın prezidenti cənab Ponsele Azərbaycana səfər edib və Cənubi Qafqazın üç ölkəsinin parlamentarilərinin görüş proseslərinin əsasını qoyub" - deyə Fransa Senatının katibliyindən Trend ə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti