...

Prezident İlham Əliyev magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşillaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 30 Oktyabr 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşillaşdırılması haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, ölkədə magistral avtomobil yollarının tikintisi, bərpası və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Yolların mühafizə zolaqlarının yaşıllaşdırılması onların külək və su eroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir. Sərnəncama əsasən, magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb. Hər bir bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətlərini nəzərə alaraq, avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün müvafiq əkin materiallarının seçilməsi, alınması və tədarükü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olacaq. Nəqliyyat Nazirliyinə, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə , salınmış yaşıllıqlara xidmətin göstərilməsini təşkil etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti